Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılmışdır

Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılmışdır Xalqımızın unudulmaz və əbədiyaşar şairi, müasir Azərbaycan poeziyasının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar şairin anadan olduğu Şəki şəhərində xatirə tədbiri keçirilmişdir. Şəhər İcra Hakimiyyəti və “QafqazUniversitetinin birgə təşkilatçılığı ilə keçirilən “Şəkidən dünyaya - Bu dünyadan bir Bəxtiyar keçdiadlı tədbirdə ziyalılar, poeziya həvəskarları, ictimaiyyət nümayəndələri, habelə qonaqlar iştirak etmişdir. 
Tədbir iştirakçıları əvvəlcə Şəki Musiqi Kollecinin foyesində “Poeziyamızın Bəxtiyarı adlı sərgi ilə tanış olmuşlar.

vahabzade_1-2012.jpg
Xatirə gecəsində Milli Məclisin deputatı Cavanşir Feyziyev, QafqazUniversitetinin rektoru Əhməd Sanıç çıxış edərək B. Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışmışlar. Qeyd olunmuşdur ki, böyük ədib, mahir pedaqoq, görkəmli ictimai xadim Bəxtiyar Vahabzadənın əbədiyyətə qovuşmasından üç il vaxt keçir. Lakin onun işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır. Öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş B. Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil etmişdir. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilmişdir, Tükiyədə və türkdilli ölkələrdə sevə-sevə oxunur.

vahabzade_2-2012.jpg
Çıxışlarda qeyd olunmuşdur ki, B. Vahabzadə Vətəninə, doğulduğu yerə, soykökünə bağlı bir insan idi. O, anadan olduğu yurdu – Şəkini çox sevirdi. Əsərlərində Şəkiyə xas olan kolorit, dərin düşüncə, ağıllı zəka özünü aydın biruzə verirdi. Diqqətə çatdırılmışdır ki, şairin xatirəsini əbədiləşdirmək məqsədi ilə Şəki şəhərindəki mərkəzi parklardan birində onun büstü qoyulmuş, şəhərdəki məktəb və küçələrdən birinə şairin adı verilmişdir. Hər il avqustun 16-da, şairin doğum günündə Şəkidə “Bəxtiyar- poeziya günləri keçirilir.
vahabzade_3-2012.jpg
Tədbirdə B. Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilmiş, Musiqi Kolleci tələbələrinin ifasında şairin sözlərinə yazılmış mahnılar oxunmuş, şeirlər ifa olunmuşdur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır